arxadaş
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
arxadaş
is. Kömək, köməkçi. [Miss Hannaya] arxadaş və yoldaş lazımdır. M.S.Ordubadi. // Yoldaş, dost. Arxadaşlar! Sevinin, oldu rəva hacətimiz. M.Ə.Sabir. Bəzi tutmuş iki əlilə başın; Fikrə dalmış, unutmuş arxadaşın. A.Səhhət. Dostum, arxadaşım, yoldaşım, dinlə; Nə sayaq unudaq biz bu ağrını? S.Rüstəm.