turklehceleri.org

abidə

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

abidə

is. [ər.]
1. Tarixi əhəmiyyəti olan bir hadisəyə və ya tarixi bir şəxsə xatirə olaraq qoyulan nişangah, heykəl və s. İndi Nizaminin qəbri üstündə 17 metr hündürlüyündə bir abidə yüksəlməkdədir.
2. Qədim dövrlərə aid mədəniyyət əsəri. Arxeoloji abidələr. Xalq yaradıcılığı abidələri. Yazılı abidələr. Qız qalası Azərbaycan maddi mədəniyyətinin ən qiymətli abidələrindəndir. – Bu meşəlik, qocaman ağaclar, qədim qalalar abidələrlə dolu idi. S.Rəhimov.
3. məc. Yadigar. Onu özüm çəkmişəm, haman şəkil mənim son sevgilimin unudulmaz abidəsidir. M.S.Ordubadi.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

abidə

I. nişangah, heykəl
{anıt, heykel}

II. yadigar
{yadigâr}

III. əsər, qaynaq
{eser, kaynak}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

abidə

abide, anıt


Last searches: