Zidd
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
zidd
[ər.] sif. Tamamilə başqasına əks olan, onunla qətiyyən düz gəlməyən. Zidd fikir. Zidd rəy söyləmək. Əsərdə iki zidd qüvvə üz-üzə qoyulur. // is. Bir şeyin əksi, qarşılığı, müxalifi. Şirin acının ziddidir. – Gözləmək və səbir etmək [sevginin] təbiətinə zidd imiş. Ə.Sadıq. • Zidd çıxmaq – 1) əleyhinə (əksinə) çıxmaq, əleyhinə (ziddinə) hərəkət etmək. Təbiətin bu gözəl ahəngdar qanununa zidd çıxmaq olmaz. S.Rəhimov; 2) müvafiq olmamaq, əks olmaq. Bu faktlar bir-birinə zidd çıxır. Zidd getmək – əleyhinə çıxmaq, əksini demək, qarşı durmaq, müxalif olmaq. Zeynəb öz təbiətinə zidd gedə bilmədi. İ.Şıxlı.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
zidd
əks, əleyh
{aksi, aleyh}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
zidd
aykırı, karşıt, zıt
Uzbek—English Dictionary (Dirks, 2005)
zid(d)
(Arabic) opposite, opposing, contradictory. birovning ~iga ish qil- to work against s.o. ~ fikr opposite opinion, opposing view.ziddi-zahar arch.antivenin.