turklehceleri.org

Xahiş

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

xahiş

is. [fars.] Bir arzunu, ehtiyacı yerinə yetirmək üçün edilən müraciət, təmənna; rica, təvəqqe, istək. Sizdən bir xahişim var. – ..Mən Qasımın xahişini əmələ gətirdim, yəni gedib oturdum onun yanında. C.Məmmədquluzadə. Bir ittifaq bu xahişi tezliklə əmələ gətirməyə səbəb oldu. S.S.Axundov. // İstək, arzu, tələb. Xahişin tərki-dilü can idi, mən həm etdim; Söylə, ey yar, görüm şimdi nə fərmanın var? M.Ə.Sabir. [Xumar:] Yoxsa bir xahişinmi var, Sənan? Hər nə qəlbində varsa eylə bəyan. H.Cavid. Mehriban Zeynalın bir çox xahiş və tələblərini qəbul edirdi. S.Hüseyn. • Xahiş etmək (eləmək) – rica etmək, təmənna etmək, təvəqqe etmək, istəmək. [Nüsrət Toğrula:] Xahiş edirəm, sən mənim işlərimə qarışmayasan. C.Cabbarlı. [Kamal:] Onda xahiş eləyirəm, elə çağırın ki, anası bilməsin. S.Rəhman.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

xahiş

rica, təvəqqe, yalvarış, istək, dilək, arzu
{rica, murat, yalvarış, istek, dilek, arzu}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

xahiş

rica


Last searches: