Tənəffüs
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
tənəffüs
is. [ər.]
1. Canlı orqanizmlərdə oksigeni udma və karbonu buraxma prosesi. Tənəffüs üzvləri. // Ciyərlərin havanı alıb buraxması; nəfəsalma və nəfəsvermə. Təri soyuduqca bədəni ağırlaşan qocanın tənəffüsü də çətinləşir, .. sinəsindən bir xırıltı qopurdu. B.Bayramov.
2. Məktəbdə dərslər arasında fasilə. Sabahı günü böyük tənəffüs zamanı müdir məktəbin həyətinə çıxdıqda şagirdlərin bir yerə toplandığını gördü. S.Rəhman. Tələbələr tənəffüs vaxtı kağız rəflərinə yanaşır, gələn məktubları nəzərdən keçirirdilər. B.Bayramov.
3. İstirahət üçün işin müvəqqəti olaraq dayandırıldığı müddət, işin müvəqqəti dayandırılması ilə başlanması arasındakı vaxt; fasilə, ara. Manqanın qızları o qədər həvəs və səylə işə girişmişdilər ki, çox zaman Şamama tarladan onları tənəffüsə güclə çıxarırdı. İ.Əfəndiyev.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
tənəffüs
fasilə, dincəlmə, istirahət
{fasıla, dinlenme, istirahat}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
tənəffüs
mola, paydos, teneffüs