turklehceleri.org

Sərf

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

sərf

I. is. [ər.] Xərc; sərf etmə, xərcləmə, işlətmə. • Sərf etmək (eləmək, qılmaq) – 1) xərc etmək, işlətmək, xərcləmək, pul və s. qoymaq (bir işə). Əziz balalar!.. Məktəb vasitəsilə öyrəndiyimiz elmləri, fənləri insanlar arasında intişar etmək fikrində bulunduq, .. biz üç yoldaş qüvvətimizi sərf etdik. N.Nərimanov. Əziz artıq pul sərf edib özgə maşınına xəlvət minməyi sevməzdi. S.Rəhman; 2) xeyir vermək, xeyirli olmaq, lazım olmaq, sərfəli olmaq. Kar özünə sərf eyləyəni eşidər. (Ata. sözü); 3) həsr etmək. Qulam müəllimin arzusu o idi ki, yetmiş-həştad yaşına qədər ömür sürsün və bu ömrün hamısını da müəllimliyə sərf etsin.. S.Rəhimov. [Dustaq] vaxtının çoxunu oxumağa, yazmağa sərf edirdi. Ə.Vəliyev.

II. is. [ər.] qram. Morfologiyanın köhnə adı.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

sərf

xərc, çıxar, məsrəf
{harç, çıkar, masraf}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

sərf

sarfiyat


Last searches: