Sümük
Turkish to Pure Turkish Dictionary (Kuleli, 2013)
sümük
[Köken: Yerel] Sümkürük, Manka, Burun boku
Turkish—Tatar Dictionary (Ganiyev, 1998)
sümük
и. 1) маңка, лайла; 2) анат. лайлалы яры
Comparative Turkic Languages Dictionary (Ercilasun, 1991)
sümük
Türkiye Türkçesi: sümük
Azerbaycan Türkçesi: fırtıg
Başkurt Türkçesi: maŋka
Kazak Türkçesi: murınbok
Kırgız Türkçesi: çim kirik
Özbek Türkçesi: mişık
Tatar Türkçesi: maŋka
Türkmen Türkçesi: sümük
Uygur Türkçesi: maŋka
Rusça: sopl'a sopli
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
sümük
is.
1. İnsan və onurğalı heyvan skeletinin ayrı-ayrı tərkib hissəsi. Qol sümüyü. Baldır sümüyü. – [İmanqulunun] bədəni elə tərpənirdi ki, elə bil heç sümüyü yox idi. Çəmənzəminli. [Məsmə] özünü bərkə verən kimi kürəklərindən ağrı qopur, damarları gizildəyir, sümükləri sancırdı. Mir Cəlal.
2. Müxtəlif şeylər qayırmaq üçün istifadə edilən bəzi heyvanların (fil, suiti) dişi, yaxud buna oxşar başqa bərk cisim. Qarmona sümük dil salmaq. Fil sümüyündən hazırlanan sancaq. – Tahir sümük çərçivəli eynək taxmış ucaboy, buğdayısifət, qıvrımsaç alimi yaxşı xatırlayırdı. M.Hüseyn. [Fərrux] siqareti ağ sümük müştüyə keçirib yandırdı və tüstülətməyə başladı. B.Bayramov. // Sümükdən qayrılmış. Sümük daraq. Sümük dəstək.
3. Zər (nərd və s. oyunlarda). • Sümük atmaq – nərd oynamaq. Bəzən də yuxudan yarımçıq qalxıb; Aylı gecələrdə sümük atardıq. S.Vurğun. ‣ Sümük sındırmaq – çox əziyyət çəkmək, çalışmaq; can qoymaq. Elmi təhsil etmək lazımdır, sümük sındırmaq lazımdır. C.Məmmədquluzadə. [Fərhad:] Bu sözləri buyurursan, amma məgər mən bundan ötrü sümük sındırmışam?! Ə.Haqverdiyev. Sümük sındırmış – təcrübəli; can qoymuş. O isə belə işlərdə sümük sındırmış adamdır. “Kirpi”. Sümükləri çıxmaq – çox arıqlamaq. Sümükləri çıxmış – çox arıqlamış. Arvad sümükləri çıxmış əli ilə [Südabənin] ətir qoxusu verən qara saçlarını, başını oxşadı. M.İbrahimov. Sümükləri çürümək – tamamilə məhv olmaq, nişanı, izi-tozu qalmamaq. Sümüklərini qırmaq (sındırmaq) – bərk döymək, əzişdirmək. Sümüyünə (sümüklərinə) düşmək (oyun havası haqqında) – xoşu gəlmək, oynamağa həvəsləndirmək, sövq etmək. Bu oyun havası adamın sümüyünə düşür. Sümüyünə qədər işləmək – çox dərin təsir etmək. Şiddətli külək, sən hər yerdə amansızsan! Sən soyuq şaxtadan da pissən, sən insanın sümüyünə işləyirsən! S.Vəliyev. Ağzına sümük atmaq – susdurmaq üçün bir şey vermək. Bir dəri, bir sümük – bax. dəri. Karl bir dəri, bir sümük olmuşdu. Ə.Əbülhəsən.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
sümük
kemik
Explanatory Turkmen Dictionary (Kyýasowa, 2016)
sümük
at. Burundan gelýän şepbeşik suwuklyk.