Rəqs
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
rəqs
is. [ər.]
1. Musiqinin tempinə uyğun olaraq ritmik bədən hərəkətlərindən ibarət incəsənət növü. Azərbaycan xalq rəqsləri. – Rəqs insanların hələ çox qədim zamanlarda yaratdığı bir sənətdir. Ə.Bədəlbəyli. [Bəhram:] Nə gözəldir bu rəqslər! Könüllərdən qaçır kədər. A.Şaiq. • Rəqs etmək – rəqs ifa etmək; oynamaq. Axışıb gələn dəstələr həyətdə toplanır, çal-çağır başlayır, gənclər yallı tutub rəqs edirdilər. S.Rəhimov. Qızlar əlvan paltar geyib; Rəqs edirlər qoşa-qoşa. M.Dilbazi.
2. Həmin hərəkətlərin ritm, üslub və sürətinə uyğun musiqi əsəri. Bramsın macar rəqsləri.
3. İştirakçıların belə hərəkətləri ifa etdikləri, oynadıqları şənlik, əyləncə. Klubda rəqs gecəsi təşkil olunmuşdu.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
rəqs
oynama, süzmə
{oynama, dans}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
rəqs
dans