vird
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
vird
is. [ər.] Dindarların bir savab iş kimi tez-tez söylədikləri, təkrar etdikləri dini kəlam, söz, ifadə. Gər vəfa qıl bu Xətayi bəndənə, ya qılma, kim; Ruzü şəb verdim sənə zikrü duadır, bilmiş ol. Xətayi. Əhli-dünyayə virdi lənətdir; Gecə-gündüz xəyalı dövlətdir. S.Ə.Şirvani. Aç dilini, yum gözünü, zahida; Vird oxu, heç anlama mənasını. M.Ə.Sabir. • Vird etmək (eləmək) – bir söz və ya kəlməni tez-tez təkrar etmək, daim söyləmək, dilinin əzbəri etmək. Məşədi Hacı əlində təsbeh dodaqları dua vird edir. C.Məmmədquluzadə. Canamaz üstündə kəsilmiş taqəti; Vird etmək adəti. M.Müşfiq. Bu sözləri Səfər vird eləmişdi. S.Rəhimov.