Qatar
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
qatar
I. is.
1. Bir-birinin ardınca sıralanmış heyvanlar düzümü; qafilə, karvan. Durna qatarı. Dəvə qatarı. – Təsbeh kimi qatarınız düzərsiz; Havalanıb ərş üzündə süzərsiz. M.V.Vidadi. Qanad çalıb göylərdə süzür durna qatarı. M.Seyidzadə. // Ümumiyyətlə, bir-birinin ardınca düzülmüş şeylər sırası; cərgə, sıra, səf. [Ağa Kərim xan:] Qatar durun! Adbaad hər nə ki, sizə buyuracağam, o, bu gün gərək cabəca əmələ gəlsin. N.Vəzirov. // Zərf mənasında. Qatarla, sıra ilə, cərgə ilə. Samovarın yanında, divara qatarla xırda mıxlar vurub, xırda podnoslar asardılar. H.Sarabski. Qatarla düzülmüş küknar ağacları asta-asta yırğalanır. O.Sarıvəlli.
2. Dəmiryol vaqonları düzümü. Yük qatarı. Sərnişin qatarı. – O qatar gəlib ötməli, sonra da bunlar getməli idilər. S.Rəhman. Bakıdan yanacaq, Sibirdən ağac; Yüz qatar boşalır, yüz qatar gəlir. R.Rza.
3. Bir qayış üzərinə düzülmüş patron sırası; patrondaş. Kəmərlərində qılınclar, çiyinlərində tüfəng; Boyunlarında həmayil, iki qatar da fişəng. A.Səhhət. Qoçular, quldurlar qatar taxardı; Kimi istəsəydi, vurar yıxardı. Aşıq Ələsgər. qatar-qatar zərf Qatar halında, bir-birinin ardınca sıralanmış halda; dəstə-dəstə, cərgəcərgə, sıra-sıra. Qatar-qatar olub, qalxıb havaya; Nə çıxıbsız asimanə, durnalar! M.V.Vidadi. Alay-alay, qatar-qatar qəhrəmanlar çıxdı yola. S.Vurğun. Gedir qərbə tərəf hücum çəkənlər; Gedir qatar-qatar bombatökənlər. M.Rahim.
II. is. [ər.] mus. Azərbaycan klassik muğamlarından birinin adı; kiçik həcmli vokal-instrumental muğam. Qatar üstə oxumaq. Qatar rəngi.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
qatar
I. düzüm, karvan
{dizi, kervan}
II. sıra, cərgə
{sıra, dizi}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
qatar
tren
English—Turkish Dictionary (FreeDict, 2017)
qatar /pɹˈɒmɪs/
1. Katar.
Uyghur—Turkish Dictionary (Kurban, 2016)
qatar
I Sıra, dizi. Bir qatar – Bir dizi. Shuning bilen bir qatarda – Yanısıra. Qatarda turmaq – Sıraya geçmek. Adem qatarida körmek – İnsan yerine koymak. Qatardin qalmang – Sıradan kalmayın. Qatargha qoshulmaq – Sıraya katılmak.
II Dama taşının bir tür oyunu.