Məkan
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
məkan
is. [ər.]
1. Bir adamın, şeyin sakin olduğu yer, oturulan yer; yurd. [Ağa Salman:] O sərbazların adı və məkanı sizə məlumdurmu? M.F.Axundzadə. Görürəm mən yuxuda hər axşam; O mübarək məkanı çox sevirəm. A.Səhhət. // Ümumiyyətlə, yer. Qərib-qərib, qəmgin-qəmgin ötərsiz; Üz tutubsuz nə məkana, durnalar! M.V.Vidadi.
2. fəls. Materiyanın varlığının, həcm və ölçü ilə səciyyələnən əsas ümumi obyektiv formalarından biri. Məkan və zaman kateqoriyası.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
məkan
mekân