Mövsüm
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
mövsüm
is. [ər.]
1. İlin dörd fəslindən hər biri; fəsil. Payız mövsümü. – Qış mövsümü qayət soyuq, yağmurlu bir havada; Gördü ancaq arvad, uşaq qalmış kənddə, obada. A.Səhhət. Yaz mövsümü çəməndə; Yasəmənmi açılmış? M.Seyidzadə.
2. İlin, hər hansı bir iş, məşğələ, istirahət və s. üçün istifadə olunan hissəsi; bir şeyin müəyyən vaxtı, zamanı. İdman mövsümü. Teatr mövsümünün açılışı. – Yavaş-yavaş havalar soyuqlaşdıqca bağ mövsümü qurtarmağa başlardı. H.Sarabski. Dövlətlilərin çaydan o taydakı mal-qarasını, atını, heyvanını sudan bu taya keçirməklə [çayqıraqlılar] hər mövsümdə bir qədər qazanc əldə edirdilər. Ə.Əbülhəsən. // Hər hansı meyvənin yetişdiyi, gülün açıldığı vaxt. Üzüm mövsümü. Qızılgül mövsümü. • Gül (çiçək) mövsümü şair. – yaz, bahar. Budur, gəldi gül mövsümü. M.Müşfiq. Çiçək mövsümündə bir axşam çağı; Yolum Qarabağdan Qazaxa düşdü. H.Arif.
3. bax. mövsümi 2-ci mənada. İnşaatçıların çoxu mövsüm işçilərindən: torpaqqazanlar, bənnalar və dülgərlərdən ibarət idi. Ə.Sadıq.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
mövsüm
mevsim