turklehceleri.org

Ləl

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

ləl

is. [ər.]
1. Qırmızı rəngli qiymətli daş. Qasid badəni içdi. Ləli öpüb cibinə qoydu. “Koroğlu”. Bunun evində ənfiyədan da vardır, onun üstündə ləl və cavahiratdan düzəlmiş çılpaq bir qadın şəkli vardır. M.S.Ordubadi.
2. məc. şair. Qırmızı şeylərə, xüsusən yanağa, dodağa və s.-yə işarə. Dişlədimsə ləlin, ey qanım tökən, qəhr eyləmə; Tut ki, qan etdim, ədalət eylə, qanı qanə tut. Füzuli. Şux yanaq, ləl dodaq, ləhcəsi də canlar alan. Q.Zakir. // məc. Saf, şəffaf şey haqqında. [Yusif Şahmara:] Barmaqlarımı kəsərəm, əgər əkdiyim tənəklər üstü dolusu ləl gətirməsə. B.Bayramov.


Last searches: