turklehceleri.org

Layihə

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

layihə

is. [ər.]
1. Tikiləcək, qurulacaq, yaradılacaq bir şeyin əvvəlcədən düşünülüb hazırlanmış, işlənmiş planı; proyekt. Tikintinin layihəsi. Maşının layihəsi. Körpünün layihəsi. – Qara daşlarda qoyulacaq ilk kəşfiyyat buruqlarının layihəsi Moskvada təsdiq olunmuşdu. M.Hüseyn. [Reyhan:] Təzə layihə haqqında səninlə danışmaq istəyirəm. İ.Əfəndiyev. Tikintinin layihə və smetası dövlət tərəfindən təsdiq edilmişdir. M.Rzaquluzadə.
2. Hər hansı bir sənədin, qərarın və s.-nin əvvəlcədən yazılmış təxmini mətni. Qərarın layihəsini hazırlamaq. Nizamnamənin layihəsi. Müqavilənin layihəsi.
3. məc. Nəzərdə tutulmuş niyyət, fikir mənasında. [İlyas:] Sən görürsən ki, Qızıl Arslanın tabutu aralıqdan qaldırılmadan iraqlılar məmləkəti bölüşdürmək üçün layihə düzəldirlər. M.S.Ordubadi. Gəldiyevi belə bir tədbirə vadar eləyən o idi ki, şəxsən özü layihə düzəltmək niyyətində idi. Mir Cəlal. [Həmzə] şəhərdə şəriki ilə bu planı həyata keçirmək üçün konkret layihə də hazırlamış(dı). Ə.Əbülhəsən.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

layihə

proje, tasar, tasarı


Last searches: