LAYLA
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
layla
(=laylay) is.
1. Körpə uşaqları yatırtmaq üçün hava ilə oxunan həzin şeir parçası; nənni, beşik nəğməsi. Laylay çalmaq. Laylay demək. Laylay oxumaq. – Oturmuş ana; Basmış bağrına; Nazlı körpəsin; Layla der ona. A.Səhhət. Gecə-gündüz gözlərilə çəkmiş mənim keşiyimi; Laylay deyib yırğalamış iftixarla beşiyimi. S.Rüstəm.
2. Azərbaycan şifahi xalq ədəbiyyatında şeir formalarından biri (çox zaman dörd misrasından 1, 2 və 4-cü həmqafiyə, 3-cü isə sərbəst olur); məs.: Laylay dedim yatasan; Qızılgülə batasan; Qızılgüllər içində; Şirin yuxu tapasan. ‣ Layla demək məc. – arxayınlaşdırmaq, arxayın salmaq, qəflətdə saxlamaq.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
layla
ninni