turklehceleri.org

Kəm

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

kəm

I. sif. və zərf [fars.]
1. Az. Yağış yağdı, nəm qaldı; Qəlyan keçdi, dəm qaldı; Bağçada bar bol idi; Dolu vurdu, kəm qaldı. (Bayatı). [Usta Kərbəlayıya:] Etiqadın kamildir, ruzin kəm! Çəmənzəminli. • Kəm etmək (qılmaq) köhn. – azaltmaq, əskiltmək, əskik etmək. Ol ləhzə həm etmə şəfqətin kəm. Füzuli. Kəm gəlmək – əskik olmaq, əskik gəlmək, çatmamaq. Onda kəm gələn qızılı Ələmdar bu uğultulu şəhərin harasından tapa bilərdi? S.Rəhimov. Kəm olmaq – azalmaq, çatışmamaq, kifayət etməmək. // Əskik olmaq. Evlər yıxan ola daneyi-xalı; Bir dəm kəm olmaya məndən xəyalı. Qurbani. [Sayalı:] İltifatın kəm olmasın! Mir Cəlal.
2. Nöqsanlı, az, çatışmayan. Aşıq deyər Əlidən; Sözün başlar bəlidən; Ağlı kəm canana bax; Küsübdür mən dəlidən. (Bayatı). Ağıldan kəm, huşdan çaşqın, dil qanmaz; Şərm etməz qonaqdan, ölməz, usanmaz. Aşıq Ələsgər. // Alçaq, rəzil, yaramaz, pis. Var mərdə qul ol, aşıq; Kərəm umma kəm ərdən. Sarı Aşıq.
3. məc. Pis, qaba, kobud, xoşagəlməz. Qəzəblənmiş sərkar Alagözü təzəcə yanan lampa işığında başdan-ayağa süzüb: – Sən çox kəm danışırsan, xanım! A.Şaiq.
4. Aşağı, əskik. Key nəşeyi-eşqdən vuran dəm! Məcnunu sağınma Leylidən kəm! Füzuli. Mənim yarım deyil ol Kəbədən kəm. M.P.Vaqif. ‣ Kəm baxmaq – pis nəzərlə baxmaq, əyri baxmaq, kəc baxmaq. Mən fələkə neylədim; Fələk mənə baxdı kəm? H.K.Sanılı. Mən yazığın yenə yatıbdır baxtı; Kəm baxdı dostuna, evini yıxdı. Aşıq Hüseyn. Ona görə bu dostluğu kəsmişəm; Kəm baxırsan üzbəüzə gələndə. Aşıq Əziz. Kəm tutmaq – saymamaq, etinasızlıq göstərmək. Tutma kəm, kim çox kərəmdir həm əzimü-şan sənə; Fəxr qıl, kim padişahlardan gəlir paşaya kürk. M.P.Vaqif. Qəmin kəm – “eybi yoxdur, fikir eləmə, düzələr”, yaxud “bəxtindir” mənalarında. [Əlibaba:] Axtar, nəçənnik, taparsan, qəmin kəm. H.Seyidbəyli.

II. is. Yüyənin atın ağzına keçirilən dəmir hissəsi; cövzə. Atın kəmini tutmayan yolda piyada qalar. (Ata. sözü). kəm... [fars.[. Mürəkkəb sözlərin azlıq mənasında olan birinci tərkib hissəsi; məs.: kəmsavad, kəmetina, kəmağıl və s.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

kəm

əskik, kəsir
{eksik, noksan}


Last searches: