turklehceleri.org

KƏMƏR

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

kəmər

I. is. [fars.]
1. bax. qayış 1-ci mənada. Kəməri qırılmaq. Təzə kəmər almaq. Belinə kəmər bağlamaq. // Paltar, palto və s.-də belə sarınan uzun ensiz parça; belbağı. Paltonun kəməri. Paltarın kəmərini açmaq. • Kəmər yeri – kəmər bağlanan yer; bel. Şal qarının çiynindən yavaş-yavaş sıyrılıb kəmər yerinə qədər düşdü. M.Hüseyn. // Keçmişdə paltarın üstündən belə bağlanan qızıl, gümüş və s. ilə bəzədilmiş belbağı, qurşaq; təkbənd. Qızıl kəmər. Enli kəmər. – Aşıq oldum telə, qız; Kəmər bağla belə, qız; Yarı gücnən tapmışam; Ana doğmaz belə qız. (Bayatı). [Səlma:] İştə gümüş kəmər! Həm də yepyeni; Sonra yenə məmnun eylərəm səni. H.Cavid. Bəyin enli kəmərindən gümüş qınlı iri bir xəncər sallanırdı. S.Rəhimov. // Tüfəng qayışı. ..Həcər təkrar papağı başına qoydu, əlini aynalıya atdı, kəməri çiyninə aşırdı. S.Rəhimov. // Patrondaş mənasında. [Qoca:] Tüfəngi doldurub aldım əlimə; Kəməri bağladım qoşa, belimə. “Qaçaq Nəbi”. // Ümumiyyətlə, bir şeyin belinə bağlanan, sarınan, dövrələnən ip, qurşaq, çənbər və s. Çəlləyin kəməri. – Aləm bayram içində idi. Böyük binaların belindən qırmızı kəmər çəkilmişdi. Mir Cəlal. ‣ Kəmər bağlamaq məc. – əmrə hazır vəziyyətə gəlmək; hazır, amadə olmaq. Kəmər kimi – düz və uzun. Kəmər kimi cığır. – İlansayağı yol dağların döşündən burularaq kəmər kimi aşağıya doğru burulur. M.İbrahimov. Kəmərin altı boş olmaq – ac olmaq, acımaq. Kəmərin altını bərkitmək zar. – doyunca yemək, doymaq.

II.
1. tex. İçərisindən su, neft, qaz və s. axıtmaq üçün metal və ya saxsı boru. Neft kəməri. Su kəməri. Qaz kəməri.
2. zool. Soxulcanın bədəninin qabaq tərəfində qalınlaşmış hissə.

III. arxit. Qapı, pəncərə və s. üstündə yarımdairə (qövs) şəklində tağ. Qədim incəsənətimiz haqqında qiymətli material verən abidələr içərisində tunc kəmərlər xüsusilə maraqlıdır. “İncəsənət”. // Qövs şəklində tikili. Körpü kəməri.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

kəmər

toqqa, qayış
{toka, kayış}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

kəmər

kemer


Last searches: