turklehceleri.org

KƏFƏN

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

kəfən

is. [ər.]
1. Meyitin sarındığı ağ, bez. Kəfən oğrusundan adamlıq ummazlar. (Ata. sözü).
2. Keçmişdə: zəvvarların, dindar, mövhumatçı müsəlmanların dini ayinlər zamanı geydikləri kəfənə oxşar uzun ağ paltar.
3. məc. Ölüm rəmzi kimi. Azəri torpağı son kəfənimdi; Doymaram bu qara bezimdən mənim. M.Araz.
4. məc. Ağ örtük. Göylər matəmlilər kimi qara çarşaba bürünmüş, dağlar, çöllər ağ kəfənlə örtülmüşdür. A.Şaiq. ‣ Kəfəni saralmamış – ölümündən az müddət keçmiş. Kəfəni yırtmaq – ağır, təhlükəli xəstəlikdən qurtarmaq (durmaq). [Şofer:] Qardaşım .. özü də yaralanıb, xəstəxanaya düşüb, amma yenə kəfəni yırtıb çıxıbdır. M.Hüseyn. Kəfənini boynuna (boğazına) dolamaq (salmaq) – cəsarətlənmək, ürəklənmək, özündən güclü bir adamla mübarizəyə girişmək. İskəndər kişi kəfənini boğazına dolamışdı. Qorxularından cınqırını çəkməyən adamlar, qocanın mərdliyinə heyran qalmışdılar. M.Hüseyn.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

kəfən

kefen


Last searches: