Köçürmək
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
köçürmək
f.
1. Birinin yaşayış yerini dəyişdirmək, bir yerdən başqa yerə daşındırmaq. Ailəni yaylağa köçürmək. Bağa köçürmək. – Alyoşa isə, öz düşərgəsini həmin dəyədən çıxarıb, daha dərinlərə .. köçürmüşdü. S.Rəhimov. [Ümid:] Usta, Fərrux işini buraxıb ailəsini rayona köçürərmi? B.Bayramov. // Bir yerdən başqa yerə gətirmək, olduğu yeri dəyişmək, yerini dəyişmək, (heyvanlar, quşlar, bitkilər haqqında). – Meşəçi seleksiyaçılar Miçurinin seleksiya üsullarından istifadə edərək cənubda yetişən qoz, fındıq, püstə, şabalıd, badam və başqa meyvə bitkilərini şimaldakı rayonlara köçürə bilmişlər. (Qəzetlərdən).
2. məc. Ərə vermək. [Fəramərz kişi:] Qızı köçürəndən bəri işimiz yaxşı getməyir, əlimiz çatmayır. T.Ş.Simurq. [Yaqut:] Özün bilirsən ki, mən özgəsinin adaxlısıyam, bu yaxında məni köçürəcəklər. Ə.Məmmədxanlı.
3. Surətini çıxarmaq, üzünü çıxarmaq, olduğu kimi mətni başqa yerə yazmaq. Yazını köçürmək. – [Qəndab:] [Məzahir] riyaziyyat dəftərimi .. xəlvətcə götürüb köçürür, sonra da üzümü bir yana çevirəndə mənim skamyama atırdı. B.Bayramov. // Ümumiyyətlə, yazmaq. Dəmirov çalışıb qeydlər götürdüyü, öz fikirlərini ağ kağızlara köçürdüyü zaman Qiyasəddinov içəriyə girdi. S.Rəhimov.
4. bax. keçirmək1 6-cı mənada. Pul köçürmək.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
köçürmək
I. yazmaq
{yazmak}
II. aparmaq, daşımaq
{götürmek, taşımak}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
köçürmək
aktarmak, nakletmek