turklehceleri.org

əyləncə

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

əyləncə

is.
1. Ürəyi əyləndirəcək, könlü açacaq şey, əylənmək üçün vasitə. Mehribanın yeganə əyləncəsi çocuqları idi. S.Hüseyn. Sitarənin könlü daha əyləncələr diləməzdi, fikrindən də uşaqlar ilə laqeydanə oynamaq keçmirdi. Çəmənzəminli.
2. Faydasız, səmərəsiz, əhəmiyyətsiz şey; boş vaxt keçirmə. Kim ki tənbəlliyə məhəbbət edər; Daim əyləncələrlə ülfət edər. M.Ə.Sabir. Firidun Şəmsiyyənin bir oyun, bir əyləncə düzəltdiyini güman etdi. M.İbrahimov.
3. məc. Çox asan iş mənasında. Onun üçün bu iş əyləncədir.
4. məc. Oyuncaq, əylənmək üçün alət. Xəbər olsun hər təzəyə, hər gəncə; İnsan – çocuq, həyat ona əyləncə.. M.Müşfiq. ..Sonra gördüm başqa bir aləmdəyim; Bir yığın insan üçün əyləncəyim!.. H.Cavid. Nə erkək, nə qadın əyləncə deyil. S.Vurğun. • Əyləncə olmaq – başqasının bütün əmrlərinə sözsüz tabe olmaq, əlində oyuncaq olmaq. [Nüşabə:] ..Dost olsa həm Şəki, həm Aran, Gəncə; Ellərim düşmənə olmaz əyləncə. A.Şaiq. // Əylənmək üçün alət olmaq.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

əyləncə

I. istirahat, rahatlanma
{istirahat, rahatlama}

II. oyuncaq
{oyuncak}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

əyləncə

cümbüş, eğlence


Last searches: