Kvars
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
kvars
[alm.]
1. Kristallar, yaxud başdanbaşa kristal kütlələr halında təsadüf edilən rəngsiz mineral-silisium oksidi. Kvars süxurları. Kvars kristalları.
2. dan. Təbabətdə tətbiq edilən kvars lampası ilə şüalandırma. • Kvars lampası – ultrabənövşəyi şüalar almaq üçün kvarsdan düzəldilmiş və içinə civə buxarı doldurulmuş uzunsov, kiçik boru şəklində elektrik lampası (təbabətdə, kənd təsərrüfatında və s.-də tətbiq olunur).