turklehceleri.org

Kef

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

kef

is. [ər.]
1. Ruhi və ya səhhətcə vəziyyət; hal, əhval. Kefin necədir? Kefini soruşmaq. Bu gün kefim yaxşı deyil. – Böyükxanım Qulamxanın kefini pərt görüb danışdırmağa cürət etmirdi. M.S.Ordubadi. [Kərbəlayı Qubad:] Ağanın kefi, əhvalı necədir? Ü.Hacıbəyov.
2. Xoş əyləncə, xoş vaxt keçirmə; nəşə. Kef məclisi. Hər kəs öz kefində. – İş zamanı hamı işdə, məşq zamanı hamı məşqdə, kef zamanı hamı kefdə olardı. “Koroğlu”. ..Bir elə vaxt olmayıb ki, Vəliqulu .. kefə məşğul olsun. C.Məmmədquluzadə. [Məsud:] Haqdı əfəndilər: Kef vaxtında kef, iş vaxtında iş! Anlaşıldımı? H.Cavid.
3. Arzu, həvəs, istək, meyil, könül mənasında. Kefinə görə danışır. Kefi istəyən kimi hərəkət edir. – [Sadıq:] Ay arvad, səni çöldən tapmamışam, hara kefindir aparım. Mir Cəlal. [Usta Qəzənfər:] Kefin nə vaxt istəsə, buyur gəl. Z.Xəlil.
4. Kefidir (kefimdir) şəklində dan. zar. – bəxti (bəxtim) gətirib, işi (işim) düzəlib. Dövlətli qoca kişilərin kefidir, ha! C.Məmmədquluzadə. ‣ Kef etmək (eləmək) – bax. kef(ini) çəkmək. Ala gözlüm, səndən ayrı düşəli; Hicranın qəmiylə kef eyləmişəm. Aşıq Ələsgər. [Bəhram:] Bu gün yerindədir nəşəm; Yaman olmaz bir kef etsəm. A.Şaiq. Kef havasına – özü istədiyi kimi, öz kefi ilə. Qərəz bütün dövlət, camaat diriliyinin yaraları olan çinovniklər pəncəsindən qurtarıb, millət özü hökm sürən olur və buna görə nahaq yerə döymək, rüşvət almaq, kef havası ilə iş görmək filan-heç biri mümkün olmur. Ü.Hacıbəyov. Kef vermək – ləzzət vermək, nəşələndirmək, şənləndirmək, əyləndirmək. [Sevdim:] Aşıq, bu gecə bizə gərək elə kef verəsən ki, bir il dadı damağımızdan getməyə. Ə.Vəliyev. [Xan:] [Burlaxatunu] gətirin gəlin, bizə şərab paylasın, kef versin! M.Rzaquluzadə. Kef yeri köhn. – kef çəkmək, nəşələnmək üçün xüsusi yer, bina və s.; ümumxana. Minlərcə xəlvətxanalar, meyxanalar və kef yerləri mövcuddur. M.S.Ordubadi. Kef(in)dən qoymaq (eləmək) – nəşədən, büsatdan, səfadan məhrum etmək, nəşəsini pozmaq. Kef(ini) çəkmək – şənlənmək, zövq almaq, vaxtını xoş, nəşə ilə keçirmək. Aparıb ver şərabə, nuş eylə; Məst olub, kef çəkib, xüruş eylə. S.Ə.Şirvani. [Barat Şərifə:] Mən? Mən [Almazın] yanında kef çəkmişəm? C.Cabbarlı. Kef(ini) sürmək – kef çəkmək, kefdə olmaq, kefə baxmaq. Ovucovuc pulları alıb doldurur cibinə, kefini sürür. S.Rəhman. [Əliş:] Mən axmaq deyiləm, gələm yer əkəm; Bəylər kef sürələr, mən zəhmət çəkəm. Z.Xəlil. Kefdə olmaq – bax. kef(ini) çəkmək. Zərnigar baxıb gördüm ki, bağbanın oğlu Murquz bunun bağında bir qıznan kefdədi. (Nağıl). Kefdən düşmək – bax. kefi pozulmaq. Kefə baxmaq – vaxtını kefdə keçirmək, əylənmək. Əyləndim, baxdım kefə; Gürcülərin toyunda. Ə.Cavad. Olmazmı bir maşında gedib düşək bir evə; Gəzək restoranları, baxaq bir yerdə kefə! S.Rüstəm. Kefə batmaq – kef içində olmaq, kef çəkmək. Kefi açılmaq – şadlanmaq, könlü açılmaq, fikri dağılmaq, əhvalı yaxşılaşmaq. Hovuza girən qaşqabaqlı çıxmazdı, qəmgin adam da oraya girsəydi, kefi açılardı. Çəmənzəminli. [Gülpəri Nurəddinə:] Dərslərin qurtarandan sonra da yoldaşlarını götürüb gəzməyə get ki, kefin açılsın. S.S.Axundov. Kefi ala dağda olmaq – bax. kefi kök olmaq. Firidun dörd ildir nər kimi vuruşur, bu saat onun kefi ala dağdadır. M.Hüseyn. Kefi duru olmaq – bax. kefi durulmaq. Kefi durulmaq – 1) bax. kefi açılmaq. Kefin durulanda, könlün olanda; Bizə gələn ayaqların var olsun. Xəstə Qasım. ..Dalğaların ağ köpükləri çoxalanda elə bil onun kefi durulub könlü açılır. M.Hüseyn; 2) keflənmək, nəşələnmək (içkidən). Məclis quruldu, keflər duruldu; Saqi dolandı, ruh təzələndi. “Koroğlu”. [Əliş Əzizə:] İştahan çəkirsə, mən ölüm, bir vur; Vuranda adamın kefi durulur. Z.Xəlil. Kefi gəlmək – birdənbirə həvəsə gəlmək, əhvalı yaxşılaşmaq. Keçən gün bazarda bir karvansaranın qabağında bir rəfiqimlə söhbət etdikdə birdən kefim gəldi, başladım bu misranı oxumağa. N.Vəzirov. Kefi istəmək – arzulamaq, arzusunda olmaq. ..Xudayar bəyin əlində yekə dəyənək var, nə vaxt kefi istəyir qaldırır, nə vaxt kefi istəyir endirir. C.Məmmədquluzadə. Kefi istəyəndə – istədiyi vaxt, ürəyi istəyəndə. Kefi kök (kefi kök, damağı çağ) olmaq – şad, nəşəli, sevinc içərisində olmaq, əhvali-ruhiyyəsi yaxşı olmaq, dərdi-qəmi olmamaq. [Məşədi İbad:] Sənin dövlətindən kefim çox kökdür. Ü.Hacıbəyov. Bu gün Əsgər ağanın kefi kök idi, heç bir təzə [vergi] icad eləmək fikrində deyildi. S.Rəhman. Kefi kök olanda aşıq, şübhəsiz; Ya nişandan gəlir, ya toydan gəlir. H.Arif. Kefi kökəlmək – bax. kefi açılmaq. Əlimərdan evinə gəldi, yedi, içdi, kefi kökəldi. (Nağıl). [Musanın nəvəsi ilə atasının dostunun] kefləri kökəldi. Qantəmir. Kefi qalxmaq – bax. kefi kökəlmək. Kefi qalxdı, fikri duruldu, öz-özünə səbəbsiz yerə gülməyə başladı. S.Rəhman. Kefi qarışmaq (qarışıq olmaq) – bax. kefi pozulmaq. Günlərin bir günü Ülkər Kövkəb xanımla kefdə idi. Birdən-birə onun kefi qarışdı. (Nağıl). Bəbir bəyin də kefi qarışıq idi. Mir Cəlal. Kefi olmamaq – 1) əhvalı yerində olmamaq. Adamın kefi olmayanda da şəkil çəkdirməyə gələr? S.Vəliyev; 2) özünü xəstə kimi hiss etmək, balaca xəstə olmaq. Uşağın kefi yoxdur. Kefi özündə olmamaq – 1) özünü yaxşı hiss etməmək; 2) əhvalı pozğun olmaq. ..Kefi özündə olmadığını, nə isə, çox gərgin düşündüyünü Şəmsiyyə [Hikmət İsfahaninin] simasından bildi. M.İbrahimov. Kefi pozulmaq – ovqatı təlx olmaq, pərt olmaq, nəşəsi qaçmaq. Həkimülmülk pis bir vəziyyətə düşdü. “Yox” desə, Hikmət İsfahaninin kefi pozulacaq və bəlkə, tərsliyə salıb, Mazəndəran malikanəsini verməyə razı olmayacaqdı. M.İbrahimov. Kefi saz (kefi saz, damağı çağ) olmaq – bax. kefi kök (kefi kök, damağı çağ) olmaq. Ellərin kefi sazdır; Bu yaz bir başqa yazdır. M.Müşfiq. Əhmədin kefi saz, damağı çağdır. Mir Cəlal. Kefi sazalmaq – bax. kefi kökəlmək. Görürsən nənəm ilə bir saat oturanda necə kefi sazaldı? Mir Cəlal. Kefi yerində olmaq – normal vəziyyətdə olmaq. Kefi yuxarı olmaq – bax. kefi kök olmaq. [Qaçay:] Bu gur işıq o deməkdir ki, Mahmud evdədir və kefi çox yuxarıdır. Z.Xəlil. Kefimin o vaxtı deyil – vəziyyətim, halım, əhvalım yaxşı deyil. [Odabaşı Xudayar bəyə:] A kişi, sən Allah, zarafat eləmə. Mənim kefimin o vaxtı deyil. C.Məmmədquluzadə. Kefindən qalmamaq – daim kef, nəşə içərisində yaşamaq. Kərim baba heç bir şeyə əhəmiyyət verməyib, nəşəsindən, kefindən qalmazdı. A.Şaiq. O ki özü, dünyanın; Bir kefindən qalmayıb. N.Rəfibəyli. Kefinə bax – necə istəyirsən, özün bil. Öz kefinə bax, kişi, dad ver, dad al! Qoy babalın boynuma, get, arvad al! M.Ə.Sabir. Kefinə buraxmaq – özbaşına buraxmaq, istədiyi kimi hərəkət etməyə imkan vermək. [Qızıl Arslan:] Lakin bu dəfə sizi əvvəlki kefinizə buraxmayacağam. M.S.Ordubadi. Kefinə dəymək – ürəyini sındırmaq, ürəyinə dəymək. Qəssab Alı fikirləşdi ki, [Koroğlu] belə danışır, bunun kefinə dəyib, Eyvazı əlindən almaq heç kişilikdən deyil. “Koroğlu”. Kefinə dəymə, söyə ya sənə, ya qardaşına. M.Ə.Sabir. [Tükəzban xala:] Cavandır, kefinə dəymə... Şəhər yerinin adəti budur. Qantəmir. Kefinə soğan doğramaq – qanını qaraltmaq, nəşəsini qaçırmaq, dilxor etmək. [Miri:] ..Canım, kefimizə soğan doğrama! M.Hüseyn. Yavərin oynaq gözlərində bir ocağın nuru var, üzündə bir dünyanın sevinci var – bu anında onun kefinə soğan doğramaq insafdan, kişilikdən deyil. İ.Məlikzadə. Kefinə toxunmaq – bax. kefinə dəymək. Bu söz .. Molla Məmmədəlinin kefinə toxundu. S.Rəhman. Kefinə yatmaq (gəlmək) – xoşuna gəlmək, ürəyindən xəbər vermək. Kefini açmaq – fikrini, qəmini, kədərini, dərdini dağıtmaq; nəşələndirmək. Aşığı görəndə Mahmud bəy çox sevindi ki, bunu bir az oxutdurub kefini açsın. “Qurbani”. Əlisa, hirslənmiş ağsaqqal həkimin kefini açmağa çalışdı. S.Rəhimov. Kefini durultmaq – bax. kefini açmaq. Kefini kök eləmək (saxlamaq) – 1) nəşələndirmək, ruhlandırmaq, şadlandırmaq. [Çoban:] Oğlan, əhvalatdan mən də indi xəbərdar oldum.. Pəri cadunun yanında öz kefini kök saxla. Ə.Haqverdiyev; 2) kefini kök elə! (et!) şəklində – təskinlik məqamında və ya kinayə ilə “darıxma, fikir etmə” mənasında. Kefini qarışdırmaq – bax. kefini pozmaq. Əgər xəbər alsan Molla Səfini; Doğrudürüst qarışdırıb kefini. Q.Zakir. Kefini pozmaq – əhvalını pozmaq, kədərləndirmək, qanını qaraltmaq, nəşəsini dağıtmaq. Kefini heç pozma, Vətən qardaşı; Əzilər dediyin ilanın başı. S.Vurğun. Havanın pozulması Zərrintac xanımın da kefini pozdu. S.Rəhimov. Nə kefdəsən? – birisinin əhvalının, səhhətinin, güzəranının necə keçdiyini soruşarkən işlədilən ifadə. Cümşüd bəy dedi: – Salaməleyküm, qonşu, nə kefdəsən? E.Sultanov. Öz kefində olmaq (gəzmək) – başı kefə qarışmaq, kefdə olmaq. Quşlar öz keflərində idilər. A.Divanbəyoğlu. Hərə öz kefində idi. S.Rəhman. Xanımlar öz keflərində idilər, gülmək, danışmaq öz qaydası ilə davam edirdi. Ə.Vəliyev. Öz kefinə – 1) istədiyi kimi, özü bildiyi kimi; 2) nəşə ilə, nəşələnə-nəşələnə, şənlənə-şənlənə. Cavan, eşşəyin noxtasını boşlayıb, onu özbaşına buraxdı, eşşək harın yorğa yerişlə öz kefinə gedirdi.. E.Sultanov. Öz başlarına buraxılmış atlar öz kefləri ilə addımlayırdılar. S.Rəhimov.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

kef

durum, keyif, tat

Karachay-Balkar—Turkish Dictionary (Nevruz, 1991)

kef

1. Keyif, sağlık, rahat. ~ alıv: keyif alma, doyum alma, koyla ~ alğandıla: koyunlar doyum aldılar, ~i igidi: keyfi yerinde, rahatı iyi, anı ~i kalaydı: onun rahatı iyi mi, ~ bergen hava: sağlık veren hava, ~ etmek: keyiflenmek; 2. Mest, sarhoş, kafası yerinde (az kullanılır).


Last searches: