kompliment
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
kompliment
[fr.] Birisinə iltifat, xoş görünmək və ya yaltaqlıq təriqilə deyilən xoş söz, tərifli ifadə. Səməd öz müdirinin səmimi komplimentlərindən yenə də çox məmnun olub bığlarını tumarladı. B.Talıblı ...Gövhər Mədədovun ehtiyatlı komplimentlərini birinci günlər rişxənd kimi qəbul edirdi. Ə.Əbülhəsən. • Kompliment atmaq (demək) – birinin xoşuna gəlmək üçün ona xoş söz söyləmək, iltifat göstərmək. Bizim .. nə zarafat üçün, nə də kompliment demək üçün vaxtımız yoxdur. C.Cabbarlı. Birinə göz edirdi, birisinə gülümsünürdü və kimisinə də seçmə bir kompliment deyib nəzərini özünə cəlb edirdi. Çəmənzəminli.