turklehceleri.org

Karvan

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

karvan

is. [fars.]
1. Bir-birinin ardınca sıra ilə hərəkət edən yüklü heyvan (əsasən dəvə) dəstəsi (qatarı); qafilə. İt hürər, karvan keçər. (Ata. sözü). Mağıl keçən vaxtlar dəvə karvanları düzülürdü yola, ticarət malını yükləyirdik dəvələrə.. C.Məmmədquluzadə. Bizim karvanımız beş çarvadar atından ibarət idi. S.Hüseyn. • Karvan bağlamaq – sıraya düzülmək, dəstə düzəltmək. Yenicə işə qoşulmuş bal arıları çiçək üçün yaxındakı meşəyə karvan bağlamışdılar. Ə.Vəliyev. Karvan çapmaq (vurmaq, soymaq, dağıtmaq, kəsmək) köhn. – yoldan gəlib keçən yüklü karvanları soymaq, soyğunçuluq etmək. Kəsdim yollar, vurdum karvan; Çəkib soydum çox bazirgan. “Koroğlu”. [Heydər bəy:] Hər həftədə, hər ayda bir karvan çapmaq olurdu. M.F.Axundzadə. [Məmmədağa:] Ömər nəhayətdə ağıllı və kamallı oğlandır, amma bunun ilə belə atasının xoşuna gəlmir, zira ki, adam öldürməyir, quldurluq etməyir, karvan kəsmir. N.Nərimanov. Karvan çəkmək – karvanı idarə etmək, karvana başçılıq etmək. Darğa lələş .. bu çətin yoldan şəhərə karvan çəkərdi. S.Rəhimov. Karvan yolu köhn. – keçmişdə karvanların işlədiyi yol. Sinəsi gül rəngli tala doludur; Bu çöllər ən qədim karvan yoludur. S.Vurğun.
2. məc. Toplu halında bir-birinin ardınca, sıra ilə hərəkət edən şeylər haqqında. Təyyarə karvanı. Maşın karvanı. Gəmi karvanı. – Dolanır göyləri bulud karvanı; Bürüyür düzləri Kürün dumanı. H.K.Sanılı. Fəza yollarında baş alıb gedən ulduzlar karvanı ağır-ağır yüksəlir, getdikcə böyük bir boşluqda qərq olaraq, tamamilə gözdən itirdi. Ə.Məmmədxanlı.
3. məc. klas. Gəlib keçən şey haqqında (“bu dünyadan köçmə” mənasında). Bahar yetməkdədir, Qövsi, gözün aç, qönçə tək uyma; Yetişər köçməyə növbət sənə həm, karivandır bu. Qövsi. karvan-karvan sif. Karvan kimi, qatarqatar, dəstə-dəstə. Karvan-karvan göydən ulduzlar keçir; Öz bəxtinə hər kəs bir ülkər seçir. S.Vurğun. Süzülür göy üzündə buludlar karvan-karvan. M.Seyidzadə.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

karvan

kervan


Last searches: