turklehceleri.org

Hansı

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

hansı

(=hankı) əvəz.
1. İki və ya bir çox şeydən birini müəyyənləşdirəcək cavab almaq üçün sual kimi işlənir. Hansı əsərdən xoşunuz gəlir? Sitatları hansı məxəzlərdən götürmüsünüz? Hansı mərtəbədə yaşayırsınız? – Hansı qüvvələrin şəhərə hakim olması bəlli deyil idi. Çəmənzəminli. [Şah:] Vəzir, mənimçin hansı peşəni məsləhət görürsən? Ü.Hacıbəyov.
2. Ayırıcı, müəyyənləşdirici sual kimi işlənir. Hansı böyükdür, hansı kiçik? Bunlardan hansı müdirdir, hansı müavin? – [Məşədi İbad:] Bir deyin görüm, xanım hansınızdır, qulluqçu hansınız? Ü.Hacıbəyov.
3. Bir şəxsin, ya şeyin keyfiyyəti, xüsusiyyəti, xassəsi haqqında sual bildirir. Hansı məziyyətinə görə onu bu qədər xoşlayırlar? – Söylə, şirinlikdə, hansı fidanda; Hansı gülüstanda, hansı cahanda; Ey yoldaş, ey qadın, sənin varın var? M.Müşfiq.
4. Bir şeyin əmələgəlmə vaxtı, ardıcıllığı haqqında sual kimi işlənir. Hadisə hansı ayda baş vermişdir? Siz hansı ildə anadan olmuşsunuz? – Bunu istiyirik bilək ki, aya bu papaqlar [müsəlman papaqları] hansı əsrdən və nə vaxt bu tövr bizim içimizdə adət olubdur? C.Məmmədquluzadə.
5. “Hər bir”, “hər hansı”, “hər hansı bir” mənasında işlənir. Hansı adamı dindirsəniz, eyni cavabı eşidəcəksiniz. Hansı kitabı açsanız, tapa bilərsiniz. – Hankı səmtə, hankı yana; Hey uçsam da, yuvam sənsən. S.Vurğun. [Cahan Əsgərə:] Hansı bəyin və ya tacirin qızını istəsən, gedim, sənə alım. Ü.Hacıbəyov. // Eyni mənada əsasən inkar cümlələrində işlədilir. Hansı şagird usta olmağa çalışmır?
6. Qeyri-müəyyənlik bildirir. Bilmirəm, hansı ağzıgöyçək deyib ki, “insan əşrəfiməxluqatdır”? M.Hüseyn. ‣ Hansı ki – təyin budaq cümləsini baş cümləyə bağlayan və baş cümlədə olan ismi budaq cümlədə əvəz edən bağlayıcı. Niyə cavab vermədin; o demaqoq hərifə? Hansı ki, srağagün; məni tənqid elədi? R.Rza.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

hansı

hangi, kaçıncı


Last searches: