Fədakar
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
fədakar
sif. [ər. fəda və fars. ...kar]
1. Ümumi bir iş və ya məslək uğrunda öz şəxsi mənafeyindən keçən, özünü qurban verməkdən çəkinməyən. Fədakar gənclər. Fədakar əsgər. – Vətən uğrunda gərək şəxs fədakar olsun. A.Səhhət. // Öz məqsədini həyata keçirmək yolunda çalışan, hər cür fədakarlığa hazır olan. Fədakar övlad. – [Bəxtiyar:] Fədakar bir qızsan, əhsən. Ancaq zəhmətlərin boşdur. A.Şaiq.
2. Fədakarlıq ifadə edən; fədakarcasına. Adamlarımızın fədakar zəhməti. Fədakar hərəkət. – Biz döyüşçülərə xalqın həyatından, neftçilərimizin fədakar əməyindən danışırıq. M.İbrahimov.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
fədakar
cəsur, qoçaq, mərd
{cesur, koçak, mert}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
fədakar
fedakâr