turklehceleri.org

Fişəng

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

fişəng

is.
1. Alışarkən havada yüksəkliklərə qalxan, şənliklərdə, atəşfəşanlıqda, habelə siqnal verməkdə və hərbi işdə tətbiq edilən partlayıcı maddə, mərmi. Qırmızı fişəng. – Bu halda sərayi-şahidən göyə bir fişəng buraxdılar. M.F.Axundzadə. Rəngarəng fişənglər hər tərəfi çıraqbana döndərmişdi. M.Hüseyn.
2. köhn. Patron. Tüfəngə fişəng qoymaq. – Boyunlarda yeksər qəşari-fişəng; Revolverlər əldə, həmayil tüfəng. M.Ə.Sabir. Uzunboylu, sarıbənizli, alagözlü tağım komandanı tağımı fişənglə təchiz edirdi. H.Nəzərli.


Last searches: