turklehceleri.org

sərraf

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

sərraf

is. [ər.]
1. Müəyyən faizlə pul dəyişməklə məşğul olan (adam). ..Kağızlarını yoxladığım zaman sərrafların yanında yüz min tümən əmanət pul qoyulduğunu gördüm. M.S.Ordubadi. [Səttar] sonra baratı dəyişmək üçün yaxındakı sərraf dükanlarının birinə tərəf getdi. P.Makulu.
2. məc. Tez başa düşən, tanıyan, bilən; arif. Adam sərrafı (adamtanıyan). Söz sərrafı (sözləri yaxşı bilib yerində işlətməyi bacaran adam). – El gözü sərrafdır. (Ata. sözü). Aşıq gözü sərraf olar, bircə dəfə baxmaqla adamları saf-çürük eləyər. “Koroğlu”. Bu qoşmalar, Azərbaycan aşıq ədəbiyyatının klassiki sayılan Qurbani, Aşıq Abbas Tufarqanlı, Şəmşirli Aşıq Hüseyn, Aşıq Ələsgər kimi söz sərraflarının inciləri ilə yanaşı durur. M.İbrahimov.


Last searches: