Elmi
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
elmi
sif. [ər.]
1. Elmə aid, elmlə əlaqədar. Elmi əsər. Elmi fəaliyyət. Elmi kəşf. – [Əhməd] məqalələr yazır, iclaslarda çıxış edir, elmi əsərlər üzərində çalışırdı. S.Rəhimov. [Murad] hər addımında rast gəldiyi, eşitdiyi, gördüyü və inandığı elmi nailiyyətlər sayəsində Əzizin vaxtı ilə kənddə teztez institutdan danışmasına .. haqq verirdi. Ə.Vəliyev. // Elmin hər hansı bir məsələsi, sahəsi ilə məşğul olan. Elmi işçi. Elmi idarə. Elmi cəmiyyət.
2. Elmi prinsiplərə əsaslanan, elmi tələblərə cavab verən, elmi məqsəd daşıyan. Elmi nəzəriyyə. Elmi mühazirə. Elmi ekspedisiya. Elmi konfrans. – Şeydanın həm elmi əsasları, həm də fərziyyələri [Qədirə] çox inandırıcı görünürdü. M.Hüseyn. Füzuli yaradıcılığının sinfi xasiyyəti və xüsusilə onun əsərlərində təzadlı cəhətlər bu vaxta qədər düzgün, elmi izah olunmamışdır. M.İbrahimov.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
elmi
bilimsel, fenni, ilmî