Cari
Turkish to Pure Turkish Dictionary (Kuleli, 2013)
cari
[Köken: Arapça] Akımdaki, Gücündeki, Kullanılıcı
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
cari
sif. [ər.]
1. klas. Cərəyan edən, axan, axıcı. • Cari etmək – axıtmaq. Gülab vurma üzə, etmə göz yaşın cari; Gözüm çıxar, o gül üstündə şəbnəm istəmərəm. S.Ə.Şirvani. Gözümdə cari edib əşki həm rəvan getmə! X.Natəvan. Cari olmaq – 1) axmaq, tökülmək. Mirzə Nəsib, Xəlilin anasının danışığını o biri otaqda eşidirdi, qoca Mirzəyə övrətin sözləri o qədər təsir etdi ki, gözündən biixtiyar yaş cari oldu. Ə.Haqverdiyev; 2) məc. mənada. Məktəbdə var şərafət; Dəftərdə var lətafət; Cari olur qələmdən; Şirinşirin hekayət. M.Ə.Sabir.
2. Keçməkdə olan, hal-hazırkı, indiki, indi baş verən, cərəyan edən. Cari dərs ili. Cari ildə – İclası hərbi şuranın sədri Səttarxan açdı və qısa olaraq cari vəziyyət və gələcək vəzifələr haqqında danışmaq üçün Əli Səhlanlıya söz verdi. P.Makulu. ‣ Cari etmək (eləmək) klas. – müəyyən üsul və ya qayda ilə icra etmək, yerinə yetirmək, rəsmi şəklə salmaq. [Şah:] Sonra üzün Molla Rəsula tutub buyurdu ki: – Bunların siğeyi-talaqlarını cari eylə! M.F.Axundzadə. [Şeyx Nəsrullah Şeyx Əhmədə:] Şeyx Əhməd, mənim tərəfimdən vəkil ol və siğəni cari elə. C.Məmmədquluzadə. Cari olmaq – icra olunmaq, rəsmi şəklə salınmaq, qanuniləşmək. [Mirzə Əhməd ağa:] ..Qızının nikahının Fərmana cari olmasına riza verirsənmi? Ə.Haqverdiyev.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
cari
I. indiki, hazırki
{şimdiki, şu anki}
II. növbəti, gündəlik
{güncel, günlük}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
cari
cari