turklehceleri.org

Bədən

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

bədən

is. [ər.] İnsan və ya heyvanın vücudu; gövdə. Bədən üzvləri. İri bədən. Sağlam bədən. Ağ bədən. – [Gülpəri:] Yazığı o qədər döyübdür ki, bədənində sağ yer qalmayıb. Ə.Haqverdiyev. İndi ananın yarıçılpaq bədəni şaxta qarşısında müdafiəsiz qalmışdır. Ə.Məmmədxanlı. // Məc. mənada. Lazımdır mikrobları millətin bədənindən kənar eləmək! Yoxsa nə göz yaşı tökmək ilə azarlı şəfa tapar, nə dua yazmaq ilə. C.Məmmədquluzadə. ‣ Bədən tərbiyəsi – bədən mümarisələri, idman, gimnastika, yaşayışda düzgün rejim gözləmək vasitəsilə insan bədəninin hərtərəfli inkişaf etdirilməsi və möhkəmləndirilməsi. Bədən tərbiyəçisi – bədən tərbiyəsi (idman) ilə məşğul olan adam.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

bədən

vücud, gövdə
{vücut, gövde}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

bədən

beden, gövde


Last searches: