Avara
Turkish—Tatar Dictionary (Ganiyev, 1998)
avara
I и. көймәнең (корабның) башка бер көймәдән яисә ярдан ераклашуы
avaraII и. 1) эшкә яраксыз (нәрсә, кем); 2) бушка әйләнүче, бушка эшләүче (механизм)
Uşak Dialect to Turkish Dictionary (Sunucu, 2001)
avara
İşe yaramaz, verimsiz, çorak toprak, kötü, zayıf
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
avara
I. [fars.]
1. is. Heç bir işlə məşğul olmayaraq boş-boş gəzən adam, işsizgücsüz adam. Burası xırda alverçilərin və bazar avaralarının dolandığı yer idi. M.İbrahimov. // sif. İş bacarmayan, bir iş yiyəsi olmayan heç şeyə yaramayan. ..Qaraca qız da sərxoş və avara Yusifin hər bir əzabına dözür. S.S.Axundov.
2. sif. Yersiz-yurdsuz, məskənsiz, sərsəri, sərgərdan. Quduzluğun yayılmasının qarşısını almaqdan ötrü quduz və avara itləri məhv edirlər. – Avara itin hörməti olmaz. (Ata. sözü). • Avara dolanmaq (gəzmək) – işsiz, boş-bikar gəzmək, veyllənmək, tənbəllik edib heç bir işlə məşğul olmamaq. Avara düşmək – vətənindən, yurdundan məhrum olmaq, sərgərdan qalmaq. [Müsyö Jordan:] Parij dağılıb, Tülyeri yıxılıb, Fransanın səltənəti pozulub, kral avara düşüb. M.F.Axundzadə. Avara etmək – bax. avara qoymaq (salmaq). Avara qalmaq – əli hər şeydən çıxmaq, yerindənyurdundan olmaq. Avara qoymaq (salmaq) – işdən-gücdən eləmək, məəttəl qoymaq, işindən ayırmaq; yerindən-yurdundan eləmək, evindən-eşiyindən ayırmaq, sərgərdan qoymaq. [Tükəz:] Kişiciyi tovlayıb aparıb, avara saldınız. M.F.Axundzadə. [Qonaqlar] kişini işdən avara edib çağırdılar, bəhslərini söylədilər. S.S.Axundov. Bu baxışlar Nadiri dəli edib çöllərə salır və bir neçə günlük işdən avara qoyurdu. B.Talıblı. Avara olmaq – bax. avara qalmaq. Avarasərgərdan düşmək – bax. avara düşmək. Avara-sərgərdan etmək – bax. avara etmək. [Mirzə:] Evi bərbad olmuş məni işimdən-gücümdən avara-sərgərdan eləyib gətirib buraya.. Ə.Haqverdiyev. avara-avara zərf Veyil-veyil, boşboşuna, heç bir işlə məşğul olmayaraq. Avara-avara veyllənmək.
II. is. məh. Camış balası, ikiyaşar kəlçə.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
avara
yərsiz, yurdsuz, məskənsiz, sərsəri, sərgərdan
{yersiz, yurtsuz, meskensiz, serseri, derbeder}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
avara
aylak, başıboş
Karachay-Balkar—Turkish Dictionary (Nevruz, 1991)
avara
zayıf, güçsüz, muhtaç, sarsılmış. ~ bolub turabız: muhtaç durumdayız.