turklehceleri.org

güzgü

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

güzgü

is.
1. Qarşısındakı şeylərin şəkillərini əks etdirən, xüsusi surətdə pardaqlanmış şüşə lövhə; ayna. Bədənnüma güzgü. Cib güzgüsü. – Bir güzgüyə gər açıb gözünü; Güzgüdə görəydi öz-özünü. Füzuli. [Məşədi İbad] güzgüyə baxıb ora-burasını düzəldir. Ü.Hacıbəyov.
2. məc. Hər hansı hadisəni, prosesi özündə əks etdirən şey. Folklor xalqın həyatının güzgüsüdür. – Şairin şeri yaşadığı xalqın simasını göstərən bir güzgü olmalıdır. M.S.Ordubadi. Mən səni gördükcə gözlərim yanır; Sən ey gəncliyimin güzgüsü, bahar! S.Vurğun. ‣ Güzgü kimi – aydın, parlaq, açıq, aşkar, ləkəsiz, şəffaf, ayna kimi. Vaqifəm, yoxdur mənə cahi-zənəxdandan nicat; Göstərir əhvalımı aydın üzün güzgü kimi. M.P.Vaqif.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

güzgü

ayna, güzgü


Last searches: