turklehceleri.org

Arxayın

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

arxayın

zərf
1. Xatircəm, rahat, sakit, dinc, qayğısız. Arxayın oturmaq. Arxayın oturub işləmək. Arxayın gedə bilərsən. – • Arxayın olmaq – xatircəm olmaq, əmin olmaq, nigarançılıqdan qurtarmaq. Mahmud arxayın ola biləcəyini yəqin etdi. Ə.Əbülhəsən. Arxayın etmək (salmaq) – xatircəm etmək, əmin etmək, nigarançılıqdan qurtarmaq, qəlbən rahat etmək. Vaqif Kazımın ehtiyatkarlığına heyrət edərək, ürəkdən güldü, sonra onu arxayın edib yola saldı. Çəmənzəminli. Ayna. Ayazı bir daha arxayın etdi. Ə.Məmmədxanlı.
2. Asudə, rahat. Bu gün işim yoxdur, arxayınam.
3. Bir şeyə tamamilə inanmış, əmin olmuş, şübhə etməyən, əmin. Mən bunun belə olacağına tamamilə arxayın idim. İşin öhdəsindən gələ biləcəyinə arxayın deyiləm.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

arxayın

I. xatircəm, rahat, sakit, dinc, qaygısız
{emin, rahat, sakin, huzurlu, kaygısız}

II. asudə, rahat
{sakin, rahat}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

arxayın

emin, güven


Last searches: