sərdarı
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
sərdarı
is. köhn. Keçmişdə əyanların geydiyi uzun üst geyimi. Ləbbadəni çıxarıb yaxşı bir sərdarı geymiş olsaydın, lap nişanlı bir oğlan şəklinə düşəcəkdin, – deyə Sərdar güldü. M.S.Ordubadi. [Camaatın] içərisində .. sərdarı geyinmiş əyanlardan tutmuş, keçə börklü kənd varlılarınadək hər təbəqədən olanlara rast gəlmək olardı. P.Makulu.