əzəl
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
əzəl
[ər.]
1. is. Əvvəli, ibtidası olmayan keçmiş zaman (əbəd müqabili). Səbəb nə oldu ki, peymanü əhdi sındırdın? Vəfavü əhdə əzəl etibar edən sən idin. X.Natəvan.
2. zərf Əvvəl, irəli, qabaq, ilkin, əvvəlcə, qabaqca. Əzəl sən gəl. – Əzəl bunu, sonra da o birisini min, təzəcə sulanmış şumda səyirt, qaratikanlığa sür, sonra da sıldırım daşlı dağa çap. “Koroğlu”. A kişi, bundan əzəl xalqda hörmət var idi. M.Ə.Sabir. // sif. İlk, birinci. Su gəldi, dağdan axdı; Dağdaşa ün buraxdı; Məhəbbət şirin şeydir; Hər kəsin əzəl bəxti! (Bayatı). Dizi üstə əzəl alıb başımı; Sildi lütf ilə qanlı göz yaşımı. A.Səhhət. • Əzəl başdan (gündən) – lap əvvəldən, başlanğıcdan, qabaqdan. Əzəl başdan Bəsrə, Bağdad eliniz; Bəylər üçün ərməğandır teliniz. M.V.Vidadi. Bir aynadır bizim səhnə; Bir aynadır əzəl başdan; Xalqımızın həyatını; Əks etmişdir hər bir zaman. B.Vahabzadə. Vurub qoltuğuna sədəfli sazı; O da əzəl gündən telə bağlıdır. H.Arif.
3. Cəm şəklində: əzəllər – qabaqlarda, keçmişdə, əvvəllər. Qəm deyildi, sevsə idi əzəllər; Eşidən tən edib, indi lağ eylər. Q.Zakir. Sonralar sevilib bəyənilmədi; Əzəllər kimsəni bəyənməyən qız. H.Arif.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
əzəl
əvvəl, irəli, qabaq, ilkin, əvvəlcə, qabaqca
{evvel, ileri, önce, çoktan, geçmiş, mazi}