əyilmək
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
əyilmək
f.
1. Əyri hala düşmək. Dəmir əyildi. Məftil əyilib.
2. Təzyiq, ağırlıq altında aşağıya doğru meyil etmək; sallanmaq. Ağacın budaqları əyilib. – Ev köhnə evə oxşayır. Çünki tirlərin çoxusu əyilibdir. C.Məmmədquluzadə.
3. Belini əymək, aşağı qatlanmaq. Əyilib daşı yerdən qaldırdı. – Südabə əyilib [anasının] alnından öpərək çəkilib getdi. M.İbrahimov. Əyilib yeri nə qədər diqqətlə yoxladımsa da, heç bir iz görmədim. M.Rzaquluzadə.
4. məc. Sitayiş etmək, səcdə etmək, baş əymək. [Şeyx Sənan:] Gəlməz əldən əyilməmək.. Əlbət; Səndə var çünki başqa ülviyyət. H.Cavid. Ey gənc! Səadəti bir xəyal bilmə; Nə olursa olsun, ancaq əyilmə! S.Vurğun. [Leyla:] De ki, üz döndərib məhəbbətimdən; Ucuz şöhrətlərə əyilmərəm mən! B.Vahabzadə.
5. məc. İncimək, küsmək. Nə deməkdir dost dostundan əyilmək? M.P.Vaqif.
6. Etina etmək, meyil göstərmək, fikir vermək. Gözlərini bir kərə silməzdi el; Qəzetəyə, jurnala əyilməzdi el.. M.Ə.Sabir.
7. Batmağa doğru meyil etmək (Günəş haqqında). Dağ başını qar alar; Gün əyilər, saralar; İgid ölər, ad qoyar; Müxənnətdən nə qalar? (Bayatı). O gün axşamüstü günəş üfüqə doğru əyilmiş, kölgələr uzanmağa başlamışdı. S.Hüseyn. Gün əyiləndən sonra sahənin üzərində dəstə-dəstə dolaşa uçuşurdu. İ.Hüseynov. Şahmar evlərinə çatanda gün lap əyilmişdi. B.Bayramov.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
əyilmək
I. sallanmaq
{sallanmak}
II. qatlanmaq
{katlanmak}
III. batmaq, yaxmaq (günəş)
{batmak, yakmak (güneş)}
IV. incimək, küsmək
{incinmek, küsmek}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
əyilmək
yamulmak
Axir izdelgen sözler:
- pöt,
- terminology,
- ee,
- ganay,
- impunity,
- registration,
- yoriy,
- chikildimek,
- Savcılık,
- biller,
- Öndüç,
- tirkeme,
- Äkitmek,
- yavrucuk,
- paal,
- kirikme,
- Şirnikdirici,
- pyşyrdamak,
- xanidan,
- orindiq,
- Zılıq,
- əyilmək