turklehceleri.org

ərş

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

ərş

is. [ər.] şair. Göy, asiman. Təsbeh kimi qatarınız düzərsiz; Havalanıb ərş üzündə süzərsiz. M.V.Vidadi. Müqtədirsən ucalıb ərşə qədər getməyə də; Cənnəti, həm də cəhənnəmləri seyr etməyə də. A.Səhhət. ‣ Ərşə bülənd olmaq – bax. ərşə çıxmaq. [Qərib:] Səbrə taqətim yox, gəlməz qərarım; Ərşə bülənd olub ah ilə zarım. “Aşıq Qərib”. Ərşə çıxmaq – ucalmaq, göylərə qalxmaq. Göy üzündə açanda biz qanadı; Ərşə çıxar yağıların fəryadı. R.Rza. Ərşə dayaq olmaq – bax. ərşə dayanmaq. Ərşə dayanmaq – bax. ərşə çıxmaq. Fərraşların küçələrdə səsi hər dəqiqədə ərşə dayandı. M.F.Axundzadə. Ərşə qalxmaq – bax. ərşə çıxmaq. Məzlumların ah və naləsi ərşə qalxdı. C.Məmmədquluzadə. Ərşə ucalmaq – bax. ərşə çıxmaq. Zülfün qəmi bir halə salıbdır məni, ey məh! Naləm ucalır ərşə şəbi-tar gələndə. S.Ə.Şirvani. Ərşi-əla şair. – uca göy, səma, asiman. Hər düşəndə qəddin yada, ağlaram; Ünüm çıxar ərşiəlayə, pəri! M.P.Vaqif. Ərşi-fələk – bax. ərşi-əla. [Ağamərdan:] Əyər bu iş mən deyən kimi baş tutsa, Təbrizdə mənim şöhrətim ərşi-fələkə çıxacaq. M.F.Axundzadə. Hələ dan ulduzu batmayıb ərşifələkdə öz dövrünü edirdi. A.Divanbəyoğlu. Ərşi-müəlla şair. – bax. ərşi-əla. Arizin gün əvəzi aləmi nurani edər; Gər mələklər çəkələr ərşi-müəllayə səni. S.Ə.Şirvani. Başı ərşə durmaq (qalxmaq, dayanmaq) – çox uca, hündür, yüksək şey haqqında. [Nigar:] Başı ərşə duran dağlar; Dağlar, Eyvazı neylədiz?! “Koroğlu”.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

ərş

göy, asiman
{gökyüzü, asuman}


Axir izdelgen sözler: