əndişə
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
əndişə
is. [fars.]
1. Fikir, qayğı. Mənəm qalan haman bu əndişədə; Zəmanə dönübdür, qovğayə bir bax. Q.Zakir. Aldılar cümlə əllərə tişə; Yox könüllərdə özgə əndişə. M.Ə.Sabir. İnsanın əndişəsi çoxaldıqca onun yuxu görməyi də artır. S.Rəhimov.
2. Narahatlıq, təlaş, nigarançılıq, təşviş, iztirab, qorxu. [Yusif:] Musanın, o bədbəxt qardaşımın iztirab və əndişələri həp sönüb bitdiyinə bir aydın şahiddir. H.Cavid. Firidun bir zaman parlaq ay işığında Gülnazgilin yatdığı səkiyə çıxdı, əndişə ilə dolu o gecəni xatırladı. M.İbrahimov. • Əndişə etmək, əndişəyə düşmək, əndişə çəkmək – narahat olmaq, nigaran qalmaq, təşvişə düşmək, iztirab çəkmək, qorxmaq. Doyunca zövq alaq nazü qəmzədən; Əndişə çəkməyək heç bir kimsədən. M.P.Vaqif. [Yusif şah:] Deyərsən ki, mənim cəhətimdən əndişə etməsin, sabah oğlanlarını hüzura göndərsin. M.F.Axundzadə. Əndişə oyandırmaq – narahatlığa, təşvişə səbəb olmaq, qorxu, ehtiyat doğurmaq. // Şübhə, vəsvəsə, təlaş.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
əndişə
I. fikir, qaygı
{tasa, kaygı}
II. narahatlıq, təlaş, nigarançılıq, iztirab, qorxu
{rahatsızlık, telaş, heyecanlılık, ıstırap, korku}
III. şübhə, vəsvəsə
{şüphe, vesvese}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
əndişə
endişe