turklehceleri.org

əlverişli

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

əlverişli

sif.
1. Yararlı, münasib, uyğun, müvafiq. Əlverişli üsul. Əlverişli şərait. Üzümçülük üçün əlverişli iqlim. Muğan pambıq əkini üçün ən əlverişli yerlərdəndir. – Səba xanım çox lazımi və əlverişli bir zamanda Həmədana gəldiyinə inandı. M.S.Ordubadi. Hüseyn əlverişli vəziyyətdədir; Bəs atəş açmayır, nə niyyətdədir?! M.Rahim.
2. Gəlirli, xeyirli, faydalı, mənfəətli. Əlverişli iş. – Şuşa şəhəri [Rəşid üçün] çox əlverişli (z.) oldu, yəni üç ay gəzəndən sonra əməlli-başlı sağaldı və kökəldi. Ə.Vəliyev.

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

əlverişli

elverişli, harcıalem, kullanışlı, müsait, olacak


Axir izdelgen sözler: