turklehceleri.org

ədəbsiz

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

ədəbsiz

sif.
1. Ədəb və tərbiyədən məhrum, yaxşı tərbiyə görməmiş, cəmiyyətdə özünü apara bilməyən. Ədəbsiz adam. Ədəbsiz oğlan. – Ey üzü qarə, füzul, ədəbsiz; Heç bilmədiniz nədir ədəbsiz! Xətayi. // Zərf mənasında. Ədəbsiz danışmaq. // İs. mənasında. Arvad dəcəllərə acıqlandı: – Ədəbsizlər, qanacaqsızlar, .. yazıqla nə işiniz var? Ə.Abasov.
2. Ədəb qayda-qanunlarına uyğun gəlməyən, nalayiq. Ədəbsiz söz. Ədəbsiz hərəkət. – [Mürtəcelər] ..bu vaxta qədər heç bir kağıza sığmayan ədəbsiz küçə söyüşlərinə qədər .. yazırdılar. M.İbrahimov.

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

ədəbsiz

densiz, küstah, laubali


Axir izdelgen sözler: