turklehceleri.org

Ətir

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

ətir

is. [ər.]
1. Gözəl iy, rayihə. Çiçəklərin ətri. – Qərənfil açdı, getdi; Ətrini saçdı, getdi; İstədim qucam yarı; Əlimdən qaçdı, getdi. (Bayatı). Axşam küləyi qalxar, əsər xeylicə yüngül; Gül ətrini duyduqca ötər şövqlə bülbül. A.Səhhət. Sərin-sərin din yelləri əsdikcə dənizin xoş rayihəsini, ucsuzbucaqsız düzlərdəki güllərin-çiçəklərin ətrini yayırdı. M.Rzaquluzadə. Çöldə hər çiçəyin bir ətri olar; Hər gülün öz yeri, öz xətri olar. N.Rəfibəyli. • Ətir çəkmək – distillə yolu ilə ətirli maddə istehsal etmək. Bütün aləm çiçək dərsin, ətir çəksin bu gülşəndən; Zamanın, varlığın, hüsnün rübabından yarandım mən! S.Vurğun. Çiçəklərdən ətir çək; Quşlardan nəğmə öyrən. N.Rəfibəyli. Ətir saçmaq (yaymaq, səpmək) – xoş iy vermək. Cəh-cəh vurar çəməndə bülbülləri; Meh əsdikcə ətir saçar gülləri. A.Səhhət.
2. Spirtdə hazırlanmış ətirli cövhərlərin məhlulu. Üzünə ətir vurmaq. – Onlar saçlarına zinət verməklə bərabər, özlərini Şərqin ən qiymətli ətirləri ilə ətirləmişdilər. M.S.Ordubadi. Ətirli qoxu vermək üçün kremlərə bəzən ətir qatırlar. R.Əliyev.
3. bax. ətirşah.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

ətir

iy, rayihə
{güzel koku, rayiha}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

ətir

ıtır, koku, parfüm


Axir izdelgen sözler: