Əksər
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
əksər
sif. [ər.] Ən çox, lap çox, həddən ziyadə, ümumiyyətlə. Əksər hallarda (çox hallarda). – Gərçi var iş qanan kişi tək-tək; Əksəri-xalq əvamdır, bişək. S.Ə.Şirvani. Əksər ovqat avam yaxşıya deyir pis, pisə deyir yaxşı. C.Məmmədquluzadə. // Təsirlik halda: əksəri – çoxu, çoxusu, əksəriyyəti. Camaatın əksəri. Tələbələrin əksəri yaxşı oxuyur. – Bu gün kəndlilərin əksəri işə çıxmamışdı. T.Ş.Simurq. Dağların hərəsi bir rəng çalır, çünki bunların eləsi var ki, meşələrlə örtülüblər, amma dağların əksəri lütdürlər. C.Məmmədquluzadə. [Sultan:] ..Tiflisdə və qeyri yerlərdə oxumuş qızların əksəri məişətə və zindəganlığa bu təhər baxırlar. N.Nərimanov.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
əksər
çoxu, əksəriyyət
{çoğunluk, ekseriyet}