şəvə
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
şəvə
is. [fars.]
1. Əqiq (qiymətli daş).
2. məc. Qara. Şəvə saç. Şəvə bığ. – [Zabit:] Yox, birdən-birə o şəvə gözlər açılıb adamın üzünə baxanda Günəş qabağında polad kimi şəfəqlənib, ox kimi insanın ürəyindən keçir. E.Sultanov. • Şəvə kimi – zil qara, qapqara. [Məşədi İbad:] Mən saqqalıma həna qoydum, qoymadım, həmişə qapqara şəvə kimidir. Ü.Hacıbəyov. [Nuriyyə:] [Leytenantın] səsini eşidib, ay işığında şəvə kimi parlayan iri, qara gözlərini görərkən diksindi. İ.Əfəndiyev. // Qara rəngli iri, qiymətli muncuq; qara kəhrəba. [Xanımın] ətəyində bir sıra əşrəfi, boynunda qızıllı şəvəsi vardı. Çəmənzəminli.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
şəvə
I. əqiq, daş (qiymətli)
{akik, taş (kıymetli)}
II. qapqara, tünd, tutqun
{kapkara, koyu, tutuk}