turklehceleri.org

şirəli

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

şirəli

sif.
1. Şirəsi olan, sulu. Şirələ meyvə. Şirəli yem. Şirəli bitki. – Ənvər şirəli üzümdən yeyir, qırmızı yanaqları gözəllənir, qüvvəsi birə yüz artırdı. Ə.Vəliyev. [Çəpəl:] Arvad dediyin bal arısıdır. Şirəli çiçəyə qonar. Mir Cəlal.
2. Şirə vurulmuş, şirə çəkilmiş, şirələnmiş. Həyətin o biri tərəfində nazik bir daş divarla müntəzəm tikilmiş .. şirəli mətbəx, yanında isə dörd bir tərəfi əhənglənmiş toyuq hini, bəzi həyətlərdə köpək damı da görmək olardı. H.Sarabski.
3. Şirəyə bulaşmış, şirə sürtülmüş. Şirəli əl. Şirəli paltar. – Katib bu fikirdə ikən üstüörtülü qaloşunu ayaqlarında sürütləyən, şirəli ağ sarığı əlində sallayan Kosa .. özünü katibin üstünə atdı. S.Rəhimov.
4. məc. Təravətini, məlahətini itirməmiş, gözəşirin, xoş, duzlu. Dürdanə xanım yaşı altmışa yaxın, qədd-qamətli, hələ çox canı şirəli bir arvaddı. Ə.Əbülhəsən.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

şirəli

I. sulu
{sulu}

II. dadlı, ləzzətli
{tatlı, lezzetli}


Axir izdelgen sözler: