turklehceleri.org

şirmayı

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

şirmayı

is. [fars. şirmahi]
1. Fil sümüyü və ya ona bənzər maddə. Şirmayı dillərdə süzür barmaqlar; “Səadət nəğməsi” yaradır bahar. S.Vurğun. Minayə .. incə, uzun barmaqlarını pianonun şirmayısı tökülmüş dillərinin üstündə oynadır. Ə.Əbülhəsən. // Sədəf. [Buğacın] belində zərif naxışlı tirmə qurşağa taxılmış ağ şirmayı dəstəkli, qırmızı məxmər qınlı bir bıçaq var idi. M.Rzaquluzadə.
2. sif. məc. Sədəf kimi, ağappaq. Şirmayı dişlər. Şirmayı dəri. – Şirmayı rəngli maşının; Rulundan yapışıb; Şirmayı barmaqlı əllər; Sürür maşını küçələrlə. N.Rəfibəyli.


Axir izdelgen sözler: