turklehceleri.org

şikar

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

şikar

is. [fars.] Ov. Cümə bekar, şənbə şikar. (Məsəl). [Kərim babanın] indi belə fikri-zikri daima seyrü səfada, ovda və şikarda idi. A.Şaiq. Bir yay aldım çıxmaq üçün şikarə; Tuş gəldim bir ahugözlü nigarə. M.Müşfiq. • Şikar etmək (eyləmək) – ovlamaq. Şikar edib, tutdum bir şux tərlanı. “Koroğlu”. Açdı siçanlara pişik dəstini; Beş siçanı eylədi zalim şikar. S.Ə.Şirvani. Şikara çıxmaq (getmək) – ova çıxmaq, ova getmək. [Şirin:] Nurcahan qarı, axirətsiz, nə tez xam yerə şikara çıxmısan? N.Vəzirov. Tez-tez şikara çıxmağı vərdişt etmiş şahin, indi bağlanmaqda qaldığından çox bərk darıxır, iki gün olardı ki, o, dimdiyini ətə də vurmurdu. S.Rəhimov.
2. Ovlanan heyvan (quş). Aslan ağzından şikar alınmaz. (Ata. sözü). Boğulduqca dara düşmüş o şikar; Maral kimi dil çıxarıb hayqırar. S.Vurğun.
3. məc. Hiylə, kələk yolu ilə ələkeçən, toradüşən adam haqqında. Bir dəfə nişanladığı şikarından [Ağa Murad bəy] məqsədinə nail olmayınca əl çəkməzdi. T.Ş.Simurq. Araq öz işini görmüşdü. Şikarını dəhşətli caynaqlarına almışdı. İ.Musabəyov. [Beşaçılanlı adam:] Şikarı əldən çıxarmaq olar? Di, tez olun. Mir Cəlal.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

şikar

I. ov
{av}

II. qənimət
{ganimet}


Axir izdelgen sözler: