şahmar
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
şahmar
is. [fars.]
1. Zəhərli, iri ilan cinsi. İndi Kür boyunca, Araz boyunca; Gürzələr, şahmarlar çəkilir qına. S.Vurğun.
2. Obrazlı təşbehlərdə: gözəlin saçına işarə. Kəmənd kimi tökülübdür gərdənə; Dönübdür sərasər şahmara tellər. M.P.Vaqif. Zülfü şahmar, mina gərdən mötədil; Zəbərcəd kəlməli, misali-bülbül. Aşıq Ələsgər.