şadxürrəm
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
şad-xürrəm
sif. və zərf [fars. və ər.] Çox şad, kefi kök, sevinc içərisində. [Odabaşı:] [Oğlan] hər yerdə özünü şad-xürrəm .. lətifəgu göstərirdi. Ə.Haqverdiyev. Axırda hamı şad-xürrəm yıxılıb yatdı. S.S.Axundov. Qız xoşbəxt, oğlan xoşbəxt – ikisi də əl-ələ verib şad-xürrəm, diriliyin geniş bağında ömür sürürdülər. Çəmənzəminli.