turklehceleri.org

şad

Türkiye Türkchisi – Tiniq Türkche Lughiti (Kuleli, 2013)

şad

[Köken: Farsça] Kıvançlı, Kıvanık

ercilasun1991

şad

Türkiye Türkçesi: şad
Azerbaycan Türkçesi: şad
Başkurt Türkçesi: şat kıvanıslı
Kazak Türkçesi: şat
Kırgız Türkçesi: şat
Özbek Türkçesi: şàd
Tatar Türkçesi: şat kuanıçlı
Türkmen Türkçesi: şat
Uygur Türkçesi: şad ⱨoşal
Rusça: vesölıy radostnıy sçastlivıy

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

şad

sif. [fars.]
1. Sevinən, şən, fərəhli, məmnun. Şad adam. Şad üz. Şad gözlər. Könlü şad olmaq. – Daşdəmir əmi öz tütünü barəsində belə tərifləri çox eşitmiş olduğunu göstərən şad bir səslə dedi. M.Rzaquluzadə. • Şad etmək (eləmək, qılmaq) – sevindirmək, fərəhləndirmək, şadlandırmaq, məmnun etmək. Cövrlər kim, eyləmişdin birbəbir yad eyləyib; Şami-hicran könlümü bu növ ilə şad eylərəm. S.Ə.Şirvani. Bəzədin sən bu gün bizim çəməni; Şad qıldın bu gəlməginlə məni. M.Ə.Sabir. Məni unutmayın, tez-tez yad edin; Bu küskün könlümü sizsə şad edin. M.Rahim. Şad olmaq – sevinmək, şadlanmaq, fərəhlənmək, məmnun olmaq. Ələsgərəm, şad olmadım dünyada; Səni gördüm, dərdim oldu ziyada. Aşıq Ələsgər. [Rzaquluxan:] Qızım, çox şad oluram ki, sənə xərc etdiyim pullar hədər getməyibdir. M.S.Ordubadi.
2. Ürəkaçan, fərəhli, sevindirici, xoş. Şad xəbər. // Zərf mənasında. Çünki bilir rahət əziyyətdədir; Şad yaşamaq səydə, qeyrətdədir. M.Ə.Sabir.
3. Şadəm (şadam) şəklində – sevinirəm, məmnunam (bir şeydən şad, məmnun olmağı bildirir). Yarın xəyalilə bu gün mən şadəm; Qəribliyə düşsəm qan ağlar didəm. M.P.Vaqif. Bu gün şadam, oxuyuram, çalıram; Sən yaşa dolduqca mən ucalıram. Aşıq Hüseyn. ‣ Şadlığından yerə-göyə sığmamaq (sığışmamaq) – hədsiz sevinc içərisində olmaq, şad olmaq, sevinmək, şadlıq eləmək. Şadlığından sığışmayıb yer ilə göyə; Öz eşqini övlad kimi bağrına basır. S.Vurğun.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

şad

şən, şux, sevincli
{şen, şuh, sevinçli}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

şad

memnun, şad


Axir izdelgen sözler: